14:54 - 23.04.2021
23 aprel, Fineko/abc.az. “Yelo Bank”ın növbəti illərdə əsas məqsədi biznesin inkişaf istiqamətini korporativ bankçılıqdan pərakəndə bankçılığa dəyişdirməkdir.
ABC.AZ xəbər verir ki, bunu adıçəkilən Bankın idarə heyətinin sədri Anar Həsənov deyib.
O qeyd edib ki, əsas diqqət xüsusən də orta, kiçik və mikro sahibkarlığın inkişafına yönələcək. “Bank üçün daha bir prioritet istiqamət fərdi şəxslərin bank xidmətlərinə olan ehtiyaclarını ödəməkdir”, - A.Həsənov bildirib.
31 Avqust 2026
31 Avqust 2026
30 Avqust 2026
31 Avqust 2026