12:08 - 5.04.2021
5 aprel, Fineko/abc.az. “Azexport.az” portalı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin nümayəndələri arasında onlayn görüş keçirilib.
ABC.AZ-ın məlumatına görə, görüşdə hazırda ölkə ərazisində “Azərpoçt”un 1500-dək poçt şöbəsinin mövcud olduğu qeyd edilib.
Daha sonra Azərbaycanda elektron ticarət platformalarına xidmət göstərəcək vahid logistika mərkəzinin qurulması istiqamətində atılan addımlar barədə müzakirələr aparılıb.
8 Avqust 2026
7 Avqust 2026