Dünyada neft hasilatında defisit var

14:40 - 2.04.2021


2 aprel, Fineko/abc.az. "OPEC+" razılaşması iştirakçılarının may ayından etibarən neft hasilatının artırmaq qərarına baxmayaraq, bazarda mülayim defisit davam edəcək.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə "Fitch" reytinq agentliyinin təbii sərvətlər və xammallar üzrə qrupun direktoru Dmitri Marinçenko bildirib.

Onun sözlərinə görə, bu, istehsalçılar üçün qiymətləri məqbul sayılan 50-60 ABŞ dolları civarında saxlamağa imkan yaradacaq.