Səfər Mehdiyevdən büdcə öhdəliyinə dair statistika – Əlavə ödəniş həyata keçirilib

16:17 - 1.04.2021


1 aprel, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev cari ilin yanvar-mart ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə dair statistikanı açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, statistikanı DGK sədri tvitter hesabında qeyd edib.

S.Mehdiyev sözügedən dövrdə büdcə öhdəliyinə 119.55 % əməl edildiyini qeyd edib:

"Nəzərdə tutulan proqnozdan əlavə 153.5 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub".