11:21 - 1.04.2021
1 aprel, Fineko/abc.az. Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Al Market” MMC tərəfindən Türkiyədən ölkəmizə idxal edilən zirə və qara istiot məhsullarına Qida Təhlükəsizli Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.
AQTA-dan ABC.AZ-a daxil olan məlumata görə, idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Müayinələr nəticəsində 420 kq zirə və 180 kq qara istiot məhsullarında kif göbələyi aşkar edilib.
Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026