“Veysəloğlu”-nun daha bir ərzaqı yararsız çıxdı

14:20 - 31.03.2021


31 mart, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri zamanı “Veysəloğlu” MMC tərəfindən Rusiyadan ölkəmizə idxal edilən 300 kq dondurulmuş toyuq qiyməsi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

AQTA-dan ABC.AZ-a daxil olan məlumata görə, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrdə patogen mikroorqanizm olan salmonella aşkar edilib.

Qeyd edək ki, bundan əvvəl, "Araz Supermarket" MMC tərəfindən Ukraynadan ölkəmizə idxal edilən soğanlar yararsız çıxmışdı. Qida Təhlükəsizliyi Agentliyi “Oba” marketdə də ciddi nöqsanlar aşkarlanmışdı.

Müəllif: Elmir Murad