12:28 - 29.03.2021
29 mart, Fineko/abc.az. Cari ilin yanvar-fevral aylarında Azərbaycandan qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələrin sırasında Türkiyə, Rusiya, İsveçrə, Gürcüstan və ABŞ qərarlaşıb.
Dövlət Gömrük Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, iki ayda Türkiyəyə 106,8 milyon ABŞ dolları, Rusiyaya 85,5 milyon dollar, İsveçrəyə 35,1 milyon dollar, Gürcüstana 28,3 milyon dollar, ABŞ-a isə 13,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026