Bütün kassalar yeni nəsil kassalarla əvəzlənəcək – Mikayıl Cabbarov

11:35 - 19.03.2021


19 mart, Fineko/abc.az. Hazırda Azərbaycanın ticarət və ictimai iaşə obyektlərində 24 mindən çox yeni nəsil e-kassa quraşdırılıb.

ABC.AZ-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində bildirib.

Nazir qeyd edib ki, 2022-ci ilin sonunadək ölkədə olan bütün kassaların yeni nəsil kassalarla əvəz edilməsi nəzərdə tutulub.