15:43 - 18.03.2021
18 mart, Fineko/abc.az. Yanvar-fevral aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələr İspaniya, Argentina və Meksika olub.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istibadən xəbər verir ki, sözügedən dövrdə Azərbaycanın İspaniya ilə ticarət dövriyyəsi 185,8 milyon ABŞ dolları, Argentina ilə 9,5 milyon dollar, Meksika ilə 9 milyon dollar təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin eyni dövrünə nisbətən İspaniya və Argentina ilə ticarət dövriyyəsi artıb, Meksika ilə azalıb.
Müəllif: Elmir Murad
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026