17:37 - 17.03.2021
17 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əhali tərəfindən 997,5 mln. manat dəyərində toxuculuq məhsulları, geyim və ayaqqabılar alınıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 7,1% azalıb.
Təkcə fevralda istehlakçılara pərakəndə ticarət şəbəkəsində 502,3 mln. manatlıq geyim məhsulları satılıb ki, bu da yanvar ayı ilə müqayisədə 1,4% çoxdur.
10 Avqust 2026