14:42 - 17.03.2021
17 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham və ailəsi Şuşa şəhərində olublar.
ABC.AZ xəbər verir ki, dövlət başçısı şəhərə səfəri zamanı Vaqifin məqbərəsindən danışıb.
O qeyd edib ki, Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq.
"Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Bu gün bərpa işlərinə start veriləcək. Məscidlərin bərpası ilə bağlı artıq müvafiq göstərişlər verildi. İlkin araşdırmalar başlanıldı və yaxın gələcəkdə layihə təqdim ediləcək. Şuşa bütün mövsümlərdə gözəldir. Bulaqları da bərpa edəcəyik. Otuz il ərzində ermənilər bütün bulaqlarımızı qurudublar. Görün şəhər nə gündədir, düşmən Şuşanı nə günə salıb. Vaqifin məqbərəsinə yaxınlaşırıq. Artıq işlərə start verilib. Layihəyə baxmışam. Bax, burada fotoşəkillər də var. Ulu öndər Heydər Əliyev burada olarkən həm açılışda, həm də Vaqif poeziya günündə iştirak edib. Tarixi bərpa edirik. Bu layihəni Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək, Heydər Əliyev Fonduna xas olan zövqlə, Mehriban xanımın rəhbərliyi ilə" deyə dövlət başçısı vurğulayıb.