Çay idxalı da azalıb – 18 faizə yaxın

17:03 - 16.03.2021


16 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu ilin yanvar-fevral aylarında Azərbaycanın çay ixracı azalıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə Azərbaycana ümumi dəyəri 7 milyon 283 min dollar dəyərində 1 920,41 ton çay idxal olunub.

Hesabata əsasən, ötən iki ayda azalan təkcə ixrac olmayıb.

Eyni zamanda ötən ilin eyni dövrü ilə müqayisədə yanvar-fevral aylarında çay idxalının dəyəri 18,4%, həcmi isə 17,5% azalıb.

Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,45% təşkil edib.