Azərbaycanın çay ixracı azalıb - 12 faizdən çox

16:47 - 16.03.2021


16 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Azərbaycan ümumi dəyəri 1 milyon 350 min ABŞ dolları dəyərində 178,5 ton çay ixrac edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycandan ixrac edilən çayın dəyəri 4,5%, həcmi isə 12,6% azalıb.

Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,05%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,41%-ə bərabər olub.