Yanvarda təzə meyvə idxalı 36 faizdən çox artıb - Hesabat

16:29 - 15.03.2021


15 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi yanvar ayında ixrac və idxal olunan məhsulların statistikası ilə bağlı rəqəmləri açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, ötən ilin yanvar ayı ilə müqayisədə 2021-ci ilin eyni ayında təzə meyvə idxalı 36,8 faiz, xam şəkər və şəkər 2,6 dəfə, kərə yağı, digər süd yağları və pastaları 6,3 faiz, kartof 10,8 faiz, təzə tərəvəz 4,9 dəfə, siqaretlər 1,7 dəfə, dərman vasitələri 2,1 dəfə, rezin şinlər 46,5 faiz, mineral gübrələr 10,1 dəfə, yük avtomobilləri 25,7 faiz, polietilen 8,3 faiz artıb.

Bitki yağları idxalı isə 24,2 faiz, buğda 53,5 faiz, çay 46,8 faiz, mal əti 30,1 faiz, quş əti və onun əlavə məhsulları 61 faiz, minik avtomobilləri 23,8 faiz, qara metallardan borular 36,5 faiz, polad prokatı 50,6 faiz, hesablama maşınları, blok və qurğuları 8,8 faiz, qara metallardan çubuqlar 43,9 faiz, avtobuslar 13,9 faiz, mebellər 35,6 faiz, paltaryuyan maşınlar 20,5 faiz, məişət kondisionerləri 6,7 faiz, qara metallardan künclüklər 46,9 faiz, məişət soyuducuları 33,1 faiz, sement və sement klinkerləri 20,6 faiz azalıb.