Neftin qiyməti yüksəlir, Brent bir barel üçün $68,47 təşkil edir

10:05 - 11.03.2021


11 mart, Fineko/abc.az. Keçən həftə ABŞ-da neft ehtiyatlarının artımı ilə bağlı məlumatlara baxmayaraq, neftin etalon markalarının qiyməti cümə axşamı günü yüksəlir.

ABŞ Energetika Nazirliyinin həftəlik hesabatına əsasən, ötən həftə ölkədə kommersiya neft ehtiyatları 13,8 mln. barrel artaraq 498,4 mln. barelə çatıb.

Ekspertlər neft ehtiyatlarının 2,5 milyon barel artacağını gözləyirdilər.

Saat 9:17-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent markalı neftin may fyuçersi barrel başına $0,57 (0,84%) – $68,47 səviyyəsinə yüksəldi. 10 martda keçirilən ticarətdə fyuçerslərinin nəticələrinə görə, Brent-in may ayına olan fyuçers qiyməti $0,38 (0,56%) – barel başına $67,90-ə yüksəldi.

Saat 9:17-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin aprel fyuçersinin qiyməti $0,55 (0,85%) – barrel başına $64,99-a qədər artıb. 10 mart ticarətinin nəticələrinə görə, aprel ayına fyuçers $0,43 (0,67%) – bir barelə $64,44-a yüksəldi.