12:20 - 19.02.2021
19 fevral, Fineko/abc.az. Azərbaycanın İstanbul şəhərində Ticarət Nümayəndəliyi fəaliyyət göstərəcək.
ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün facebook səhifəsində bəyan edib.
O qeyd edib ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda yaxın gələcəkdə Ticarət Nümayəndəliyi yaradılacaq.
"Bu, Azərbaycanın qardaş Türkiyə ilə iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək”, - deyə Cabbarov bildirib.
Müəllif: Elmir Murad
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026