12:18 - 16.02.2021
16 fevral, Fineko/abc.az. Ötən ilin əvvəlində təbii neft hasilatının səviyyəsini nəzərə alaraq, Azərbaycanın neft ehtiyatları ölkəyə hələ 25 ilə yaxın bəs edəcək.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu, "Fitch Ratings" və BP-nin birgə apardığı hesablamalar nəticəsində məlum olub.
Beynəlxalq agentlik bildirir ki, bu göstəriciyə görə, Azərbaycan dünyada 11-ci yerdə qərarlaşıb.
Sözügedən göstərici üzrə ilk üçlüyə Küveyt, İraq və Kanada daxildir.
"Fitch"ə görə, 2019-cu ildə ölkənin neft-qaz ehtiyatlarının həcmi qlobal ehtiyatların 0,8%-ni təşkil edib.
Xatırladaq ki, 2019-cu ildə Azərbaycanda 37,5 mln. ton, 2020-ci ildə isə 34,6 mln. ton neft istehsal edilib.
17 Avqust 2026
15 Avqust 2026