15:29 - 15.02.2021
15 fevral, Fineko/abc.az. Parlamentin spikeri Sahibə Qafarovanın müvafiq əmri ilə Milli Məclis sədrinin köməkçisi Fərid Hacıyev vəzifəsindən azad edilib.
ABC.AZ-ın məlumatına görə, bununla da Milli Məclis sədrinin köməkçilərinin sayı 4-dən 3-ə enib.
S.Qafarovanın daha bir əmri ilə isə Mehdi Dünyamalı oğlu Qurbanov Milli Məclis Aparatında yeni yaradılan Sosial qanunvericilik şöbəsinə müdir müavini təyin edilib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026