Ötən ay qiyməti bahalaşan ərzaqlar - Siyahı

14:26 - 9.02.2021


9 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi ötən ay bahalaşan ərzaqların siyahısını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, bu ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, yumru düyünün, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, təzə balığın, südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, pendirin, yumurtanın, kərə, zeytun, günəbaxan və qarğıdalı yağlarının, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, kələmin, xiyarın, bibərin, badımcanın, balqabağın, çuğundurun, yerkökünün, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, meyvə şirəsinin, pivənin qiymətində müşahidə olunub.

Müəllif: Elmir Murad