Bu zərgərlik məmulatlarının satışı ƏDV-dən azad edilir - Siyahı

11:37 - 1.02.2021


1 fevral, Fineko/abc.az. Vergi Məcəlləsinə 164.1.54 - 164.1.55-ci maddələr əlavə edilir.

ABC.AZ xəbər verir ki, əlavə edilən maddələr əsasında qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı, külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı 2021-ci il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilir.