16:44 - 25.01.2021
25 yanvar, Fineko/abc.az. Ötən il Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox məhsul ixrac etdiyi dövlət məlum olub.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.
İtaliyadan sonrakı yerlərdə Yunanıstan və Xorvatiya olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 4 milyard 172,2 milyon ABŞ dolları, Yunanıstana 523,3 milyon dollar, Xorvatiyaya isə 470,8 milyon dollar olub.
Müəllif: Elmir Murad
10 Avqust 2026
10 Avqust 2026