15:56 - 11.01.2021
11 yanvar, Fineko/abc.az. 11 yanvar 2021-ci il tarixdə Milli Televiziya və Radio Şurasının video formatda iclası keçirilib.
Şuradan ABC.AZ-a daxil olan məlumata görə, iclasda “Space Müstəqil Teleradio” MMC-nin “Space” televiziya kanalının HD siqnal ilə yayımlanması üçün Milli Televiziya və Radio Şurasına müraciətinə baxılıb.
Milli Televiziya və Radio Şurası “Space” televiziya kanalının (Space TV) Bakı şəhəri və Abşeron yarımadası ərazisində 34-cü TV yayım kanalında HD formatında yayımlanması barədə qərar qəbul edib.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026