10:48 - 6.01.2021
6 yanvar, Fineko/abc.az. 2020-ci ildə aqrar sahədə 4%-dən çox artım proqnozlaşdırılsa da, koronavirus (COVID-19) pandemiyasının təsirləri, eləcə də havaların quraq keçməsi ilə əlaqədar kənd təsərrüfatı məhsullarının istehsalı təxminən 2% artıb.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.
"Pandemiya ictimai iaşə sektorunda fermerlər üçün çətinliklər yaratdı. Quraqlıq isə xüsusilə taxılçılıqda geriləməyə səbəb olub. Bununla belə, ayrı-ayrı məhsulların istehsalı üzrə artımlar qeydə alınıb. 2021-ci ildə isə aqrar sahədə 4%-dən çox artım gözləyirik", - o qeyd edib.
16 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026