12:05 - 24.12.2020
24 dekabr, Fineko/abc.az. Azərbaycanda tütün yarpağının yığımı yekunlaşmaq üzrədir. Fermerlər indiyə qədər 6 936 ton tütün yığıb, qəbul məntəqələrinə 6 520 ton quru tütün təhvil verib.
ABC.AZ Kənd Təsərüffatı Nazirliyinə istinadən xəbər verir ki, bu il orta məhsuldarlıq göstəriciləri yüksəlib. Ötən ilin yekununda tütünçülükdə yekun orta məhsuldarlıq 19,3 sentner olub.
Bu il yığım prosesi tam yekunlaşmasa da, orta məhsuldarlıq ötənilki göstəricidən yüksəkdir. Hazırda tütün yarpağı üzrə orta məhsuldarlıq 22,1 sentner təşkil edir ki, bu da ötənilki göstəricidən 2,8 sentner çoxdur.
Müəllif: Elmir Murad
16 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
15 Sentyabr 2026