15:42 - 21.02.2018
21 fevral, Fineko/abc.az. Bu gün Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq monitorinq keçirilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında deyildiyi kimi, monitorinq insidentsiz başa çatıb.
Azərbaycan tərəfindən monitorinqi, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, həmçinin onun səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirdilər.
Ermənistan tərəfindən isə monitorinqi, şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç keçirdilər.
16 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
15 Sentyabr 2026