Sürət həddi aşağı endirilən yollar – Siyahı

11:22 - 17.12.2020


17 dekabr, Fineko/abc.az. Hazırda Bakıda yağıntılı hava şəraiti müşahidə edilir.

ABC.AZ xəbər verir ki, bununla əlaqədar bəzi yollarda sürət həddi aşağı endirilib.

Belə ki, H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.