14:57 - 3.12.2020
3 dekabr, Fineko/abc.az. “Ukraynanın Beynəlxalq Hava Yolları” aviaşirkəti Bakı-Kiyev marşrutu üzrə üç çarter reysi həyata keçirəcək.
ABC.AZ xəbər verir ki, uçuşlar dekabrın 14-dən 28-dək həftədə bir dəfə, birinci günlər həyata keçiriləcək.
Qeyd edək ki, sözügedən çarter uçuşları yalnız Ukrayna vətəndaşlığı və ya Ukraynaya giriş hüququ olan, bununla yanaşı COVID-19 testindən keçərək mənfi nəticə əldə edən sərnişinlərin daşınması üçün nəzərdə tutulub.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026