16:12 - 11.11.2020
11 noyabr, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyi Qobustan rayonundakı Heyvandarlıq Kompleksinin ərazisində sərgi mərkəzinin tikintisi üçün podratçı şirkətin adınl elan edib.
ABC.AZ xəbər verir ki, nazirlik podratçı qismində “Platin-M” MMC-ni seçib.
Tikinti üçün şirkətlə 792,5 min manat məbləğində müvafiq müqavilə imzalanıb.
Müəllif: Elmir Murad
27 İyul 2026