10:17 - 30.10.2020
30 oktyabr, Fineko/abc.az. Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkar edilib.
Müdafiə Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, oktyabrın 29-u saat 15.18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin “Smerç” yaylım atəşli reaktiv sistemi məhv edilib.
Qeyd olunan reaktiv sistemin məhv edilidyi anın videogörüntüsünü təqdim edirik.
4 Avqust 2026
4 Avqust 2026