19:47 - 24.10.2020
24 oktyabr, Fineko/abc.az. “Oktyabrın 24-ü Gəncə şəhərində 2007-ci il təvəllüdlü Rusiya vətəndaşı Artur Vasilyeviç Mayakov oktyabrın 17-si gerçəkləşən raket hücumu nəticəsində aldığı yaralardan vəfat edib. Səfirlik həlak olanın doğmaları və yaxınları ilə təmasdadır və onlara başsağlığı verir”.
Bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin tvitter səhifəsində yazılıb.