14:27 - 22.10.2020
22 oktyabr, Fineko/abc.az. Azərbaycanın Baş Prokurorluğu bu gün səhər Ermənistanın Qəbələyə atdığı raketlə bağlı məlumat yayıb.
ABC.AZ-ın məlumatına görə, Baş Prokurorluqdan düşmən silahlı qüvvələrinin Abşeron yarımadasını içməli su ilə təchiz edən və ölkəmiz üçün xüsusi strateji əhəmiyyətə malik Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə aldığını bildiriblər.
Qeyd edilib ki, Azərbaycan Ordusunun hava hücumundan müdafiə qüvvələrinin zərərsizləşdirilməsi nəticəsində raketin hissələri su kəmərinin yaxınlığına düşüb.
3 Avqust 2026