11:08 - 22.10.2020
22 oktyabr, Fineko/abc.az. Prezidentin köməkçisi Hikmət Hacıyev öz twitter hesabında Ermənistanın Qəbələyə atdığı raketdən yazıb.
ABC.AZ-ın məlumatına görə, H.Hacıyev hərbi əməliyyatlar meydanından uzaqda olan Azərbaycanın möhtəşəm turizm mərkəzi Qəbələ Ermənistanın raket zərbəsi hədəfinə çevrildiyini qeyd edib.
"Raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən atılıb. Çox güman ki, Səddam Hüseyn “Skad”larından istifadə edilib. Ermənistanın ağılsızlığı sərhəd tanımır” - deyə Prezidentin köməkçisi vurğulayıb.
5 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026