10:05 - 22.10.2020
22 oktyabr, Fineko/abc.az. Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.
Müdafiə Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, düşmən tərəfindən saat 7:00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 9:00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.
Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.
Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.