Düşmən iki istiqamətdə geri çəkilib – Müdafiə Nazirliyi

10:03 - 21.10.2020


21 oktyabr, Fineko/abc.az. Müdafiə Nazirliyi oktyabrın 20-i gün ərzində və 21-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli- Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları barədə məlumat yayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən vaxtda əməliyyatlar müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək geri çəkilməyə məcbur edilib.

Düşmənin müdafiə sahəsində mövqeləri ələ keçirilib – Nazirlik

Bir gündə düşmənin bu qədər texnikası məhv edilib – Siyahı