17:16 - 19.10.2020
19 oktyabr, Fineko/abc.az. Azərbaycan Ordusu bu günədək Ermənistan ordusunun 300-ə qədər tank və digər zirehli texnikasını, 200-dən çox hava hücumundan müdafiə sistemlərini məhv edib.
ABC.AZ xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, 38 tank, 16 artilleriya qurğusu və 27 hava hücumundan müdafiə qurğusu Azərbaycan Ordusu tərəfindən qənimət kimi ələ keçirilib: “Ermənistanın açıqladığı rəsmi rəqəmlər isə bundan qat-qat aşağıdır. Bu, onun göstəricisidir, Ermənistan özünün hərbi texnikasının sayını gizlədir”.
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026