12:16 - 12.10.2020
12 oktyabr, Fineko/abc.az. Bu il Azərbaycanda kənd təsərrüfatı sektorunun artım tempi 1,5% təşkil edəcək.
ABC.AZ-ın məlumatına görə, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə yenilənmiş hesabatında qeyd olunub. Hesabata əsasən, bu da ötən il qeydə alınan göstəricidən 5,8 faiz bənd azdır.
Bildirilir ki, 2021-ci ildə sözügedən sektor 2,5%, 2022-ci ildə isə 3,2% artacaq.
Müqayisə üçün qeyd edək ki, ötən il Azərbaycanın kənd təsərrüfatı sahəsinin artım tempi 7,2% olub.
Müəllif: Elmir Murad
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026