17:28 - 8.10.2020
8 oktyabr, Fineko/abc.az. Dünya Bankı (DB) bu il Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsirinin ÜDM-ə nisbətinin 0,7% təşkil edəcəyini proqnozlaşdırır.
ABC.AZ apa-ya istinadən xəbər verir ki, DB-nın Avropa və Mərkəzi Asiya üzrə dərc etdiyi yenilənmiş hesabatına görə, ölkənin cari əməliyyatlar hesabı gələn il profisitə dönəcək və ÜDM-in 1,6%-ni təşkil edəcək.
DB-in 2022-ci il üçün bu göstərici üzrə proqnoz 4,7%-ə bərabərdir. Builki kəsirin əsas səbəbi neft ixracının həcmlərinin aşağı olması göstərilir. Bank qeyd edir ki, tədiyə balansının maliyyə hesabına təzyiqin bu ilin sonuna azalacağı gözlənilir və tədiyə balansının ümumi kəsirinin ÜDM-in 1,4%-ni təşkil edəcəyi proqnozlaşdırılır. 2019-cu ildə tədiyə balansının ümumi profisitinin ÜDM-ə nisbəti 10,7% təşkil edib, 2020-ci ilin ilk yarısında isə profisit kəsirə çevrilərək ÜDM-in 2,8%-nə bərabər olub.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026