Paşinyan bu dəfə də özünü biyabır etdi – Aparıcının sualına cavab verə bilmədi

16:32 - 7.10.2020


7 oktyabr, Fineko/abc.az. Paşinyan növbəti dəfə BBC-nin efirində sualları "cavab"landırmağa çalışıb.

Ermənistan Baş naziri elə Ermənistan ordusu kimi davranıb.

O, jurnalistin suallarından qaçır, Ermənistan ordusu isə döyüş meydanında Azərbaycan ordusundan.

ABC.AZ Trend-ə istinadla xəbər verir ki, bir saatlıq müsahibəni bir saatlıq qanlı və gülünc mübahisə adlandırmaq daha düzgün olar.

Paşinyan bu müsahibəsində də əvvəlki açıqlamalarında olduğu kimi sülh tərəfdarı olmadığını bir daha göstərir.

Paşinyan bu dəfə "ağıllı" davranaraq sualları erməni dilində cavablandırmaq yolunu seçib, çünki onun daha əvvəl ingilis dilindəki gülünc danışığı ermənilər tərəfindən də sosial mediada xeyli lağa qoyulmuşdu. Lakin erməni dili də Paşinyana çətin suallara cavab verməyə kömək etmədi. Verilişdə “Qarabağ Ermənistan torpağıdır” kimi təxribatçı sözlər söyləyib ardından başqa bir cavabında “biz güzəştə hazırıq” deməsi onun nə dərəcədə qeyri-ciddi olmasının göstəricisidir.

Gündə dörd dəfə Putinə zəng etməsi və Rusiyadan hansısa yardım olacaqmı məsələsinə də Paşinyan konkret cavab verə bilmir və hansısa beynəlxalq öhdəliklərdən danışır.