12:00 - 30.09.2020
30 sentyabr, Fineko/abc.az. Milli Məclisin katibliyində icraya nəzarət komissiyası yaradılıb. Bundan sonra deputatların fəaliyyəti ilə bağlı həftədə bir dəfə İctimai tv-də veriliş yayımlanacaq.
ABC.AZ-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasında deyib. O qeyd edib ki, 45 dəqiqəlik veriliş oktyabrın 1-dən yayımlanacaq.
S.Qafarova bildirib ki, həmçinin Milli Məclisdə işə qəbulla bağlı da ilk dəfə komissiya yaradılıb: “Milli Məclisin İşlər İdarəsində yardımçı vəzifələrdə çalışan əməkdaşlarla əmək müqavilələri bağlanılıb. Eyni zamanda, Milli Məclisin Aparatında nöqsanların araşdırılması və aşkara çıxarılması üçün Milli Məclisin katibliyində icraya nəzarət komissiyası yaradılıb"
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026