15:47 - 28.09.2020
28 sentyabr, Fineko/abc.az. Çoxsaylı müraciətləri nəzərə alaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik ləğv olunur.
ABC.AZ xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, beləliklə Sumqayıtdan saat 19:35-də yola düşən Sumqayıt-Pirşağı-Bakı, Bakıdan saat 20:30-da yola düşən Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının hərəkət qrafiki olduğu kimi saxlanılır.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026