14:50 - 23.09.2020
23 sentyabr, Fineko/abc.az. Bu ilin 8 ayında Azərbaycanın xaricdən aldığı buğdanın həcmi məlum olub.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə idxal edilən buğdanın dəyəri 147,2 milyon ABŞ dollar olmaqla, 688,7 min ton buğda olub.
Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar-avqust aylarında ölkəyə 186,2 milyon dollarlıq 852,8 min ton buğda idxal edilib.
Müəllif: Elmir Murad
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026