12:18 - 8.09.2020
8 sentyabr, Fineko/abc.az. Azərbaycanda daha 2 sığorta agentliyi təsis edilib.
ABC.AZ-ın məlumatına görə, hər 2 agentlik İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti tərəfindən artıq qeydiyyata alınıb.
Sözügedən şirkətlər "Sabah Sığorta Agentliyi" MMC və "Qarant Sığorta Agentliyi" MMC-dir.
Hər iki şirkətin nizamnamə kapitalı 10 manatdır.
Müəllif: Elmir Murad