11:09 - 29.07.2020
29 iyul, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinə yeni təyinat olub.
ABC.AZ-ın məlumatına görə, tanınmış aparıcı Rəşad Mehdili sözügedən departamentə müdiri vəzifəsinə gətirilib.
R.Mehdili indiyədək AzTV və İTV-də “Səhər proqramları” departamentinin direktoru, “Telesəhər”, “Yeni Gün” səhər proqramlarının aparıcısı, eyni zamanda, çalışdığı hər iki kanalda “Xəbərlər” və “Carçı” informasiya proqramlarının aparıcısı, müxbiri kimi fəaliyyət göstərib.
Müəllif: Elmir Murad
4 Avqust 2026
4 Avqust 2026