11:26 - 21.07.2020
21 iyul, Fineko/abc.az. 2020-ci ilin 6 ayı ərzində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də yükaşırmanın həcmi 2 524.8 min ton təşkil edib.
ABC.AZ xəbər verir ki, bu da 2019-cu ilin müvafiq göstəricisindən (1 981.2 min ton) 27 % çoxdur. Ümumi yükaşırmanın 87%-i və ya 2 192.8 min tonu tranzit yüklərin payına düşüb.
2020-ci ilin I yarım ili ərzində ən ciddi artım quru yüklərin aşırılmasında qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə quru yüklərin aşırılmasında 5 dəfə artım olub və 401 000 ton təşkil edib. Eyni dövürdə iri həcmli nəqliyyat vasitələrinin (TIR-ların) sayı 14.4% artaraq 17 173 ədəd olub. Bunlardan 11 776 ədədi (68.6%) Bakı-Türkmənbaşı-Bakı, 5 397 ədədi isə (31.4%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib.
Konteynerlərin aşırılmasında da artım müşahidə edilib. Belə ki, TEU ekvivalentində 18 547 sayda konteyner aşırılmışdır ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 22% artım deməkdir (2019-cu ilin I yarım ilində 15 210 TEU). COVID- 19 pandemiyasına görə ölkə sərhədlərinin bağlanması səbəbindən Bakı Limanının xidmətlərindən istifadə edən sərnişinlərin sayında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 31% azalma qeydə alınıb və 13 776 nəfər təşkil edib.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026