15:16 - 9.07.2020
9 iyul, Fineko/abc.az. Dövlət Neft Fondu 2019-cu il üzrə fəaliyyəti barədə illik hesabatını açıqlayıb.
ABC.AZ hesabata istinadən xəbər verir ki, Fond 2019-cu ili 4 milyard 316 milyon 219 min manat xalis mənfəətlə başa vurub. Müqayisə üçün qeyd edək ki, Fond 2018-ci ili 768 milyon 439 min manat zərər etmişdi.
Ötən il Dövlət Neft Fondunun cəmi əməliyyat gəlirləri 4 milyard 443 milyon 32 min manat, xərcləri isə 126 milyon 813 min manat təşkil edib.
Müəllif: Elmir Murad
27 İyul 2026
28 İyul 2026