16:13 - 8.07.2020
8 iyul, Fineko/abc.az. İyulun 13-dən İranın Təbriz şəhərindən Türkiyənin İstanbul şəhərinə uçuşlar bərpa olunur.
ABC.AZ-ın report-a istinadən məlumatına görə, bunu Şərqi Azərbaycan ostanının Hava limanları üzrə baş direktoru Ramin Azəri bildirib.
Onun sözlərinə görə, aviareyslər Təbrizin Şəhid Mədəni aeroportundan həyata keçiriləcək.
“İstanbul-Təbriz-İstanbul istiqamətində uçuşları hər həftənin bazar ertəsi günləri “Airtour” şirkəti reallaşdıracaq”, - o vurğulayıb.
Xatırladaq ki, Təbriz-İstanbul istiqamətində uçuşlar koronavirusa qarşı tədbirlər çərçivəsində bu ilin mart ayından dayandırlmışdı.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026