15:08 - 3.07.2020
3 iyul, Fineko/abc.az. Aparılacaq təmir işləri ilə əlaqədar iyulun 4-ü və 5-də paytaxtın “3-cü mikrorayon” dairəsi üzərindən keçən yolötürücüsünə “20 yanvar dairəsi” istiqamətindən giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Bu barədə ABC.AZ-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Sürücülər alternativ olaraq prospektin köməkçi yolundan, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər.
8 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026