17:37 - 23.06.2020
23 iyun, Fineko/abc.az. "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinin müzakirəsi yenə də təxirə salınıb.
ABC.AZ report-a istinadən xəbər verir ki, sənəd Milli Məclisin iyunun 23-dən iyunun 25-nə vaxtı dəyişdirilən plenar iclasının gündəliyindən çıxarılıb.
Qeyd edək ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi Milli Məclisin iyunun 23-də təxirə salınan iclasının gündəliyinə daxil edilmişdi.
Həmin iclasın gündəliyində 17 məsələnin müzakirəsi nəzərdə tutulurdu.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026