16:50 - 16.06.2020
16 iyun, Fineko/abc.az. 2020-ci ilin 5 ayıda (yanvar-may) dövründə Azərbaycandan 5 milyard 71 milyon 228 min dollar dəyərində 13 milyon 773 min 410 ton xam neft ixrac edilib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xam neft ixracının məbləğ ifadəsi 32,5% (və ya 1 milyard 650 milyon 352 min dollar), miqdar ifadəsi isə 2% (284 min972 ton) azalıb.
Qeyd edək ki, 2019-cu ilin yanvar-may dövründə Azərbaycandan 6 milyard 721 milyon 580 min dollar dəyərində 14 milyon 58 min 382 ton xam neft ixrac edilmişdi.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026