10:50 - 9.06.2020
9 iyun, Fineko/abc.az. Dünyadakı hava yolları daxili tarifləri azaltmağa başlayıb. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hesablamalarına görə onlar orta hesabla 23% azalıb.
ABC.AZ xəbər verir ki, bu barədə “RİA Novosti”-yə Rusiya Tur operatorları Birliyindən (ATOR) məlumat verilib.
IATA-nın məlumatına görə, aprel ayı ilə müqayisədə, COVID-19 pandemiyası səbəbindən hava hərəkəti demək olar ki, tamamilə dayandırıldığı zaman, may ayında dünyada daxili sərnişin axını 30% artıb.
“Google”un hava səyahət axtarışları aprel ayı ilə müqayisədə may ayının sonunda 25% artıb.
IATA baş iqtisadçısı Brayn Pirs qeyd edib ki, aviaşirkətlər böhran səbəbindən pula ehtiyac duyurlar və aşağı tariflər təklif edərək sərnişin tələbini stimullaşdırmaq istəyirlər.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026